Xəbər lenti

“Holberton School Azebaijan” İT məktəbində ilk “Məzun günü” qeyd edilib
Foto 13:37 08.07.2024

“Holberton School Azebaijan” İT məktəbində ilk “Məzun günü” qeyd edilib

4 iyul tarixində "Holberton School Azerbaijan" İT məktəbində ilk dəfə "Məzun günü" qeyd edilib.

Tədbirin açılış mərasimində Paşa Holdinqin İnnovasiyalar Proqramının Rəhbəri Fərrux Əli, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin rəqəmsal və biznes transformasiyası üzrə baş mütəxəssisi Elnur Məmmədli, Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) İdarə Heyətinin sədri Nigar Ələsgərova, İT məktəbinin qlobal direktoru Florian Buçer, Holberton School Azərbaycanın direktoru Şəmsi Bayramzadə çıxış ediblər, məzun olan gənclərə uğurlar arzulayıblar. Meksikanın Azərbaycandakı səfiri xanım Viktoria Romero, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirinin müşaviri Rəşad Bayramov, Mediamark Digital şirkətinin rəhbəri Orxan Rzayev də tədbirdə iştirak ediblər.

Açılış nitqindən sonra İT məktəbinin fəaliyyətini və məqsədini izah edən video-çarxlar təqdim edilib. Daha sonra İT məktəbinin məzunları səhnədə diplomla təltif olunub.

"Holberton School” "peer-to-peer” metodologiyası ilə keçirilən kohortda tədris, tələbələrə komanda əsaslı şəraitdə dərs keçməyə və digər tələbələrlə ünsiyyət imkanı ilə təhsil proqramını effektiv mənimsəməyə imkan yaradıb.

Hazırda məktəbin 50-ə yaxın məzunu var. Bu məzunların hər biri "foundation of computer science” üzrə ixtisaslaşıblar. Məzunlardan artıq 12-si müxtəlif şirkətlərdə işlə təmin olunub. Bir sonrakı kohortda yalnız "foundation” deyil, "full-stack” sahəsi üzrə də məzunlar veriləcək. Növbəti hədəflər isə məzunların "junior” deyil də, orta və daha üst səviyyədən iş həyatına atılmasının təmini olacaq.

Qeyd edək ki, "Holberton School” İKT təhsili sahəsində ABŞ-ın Silikon Vadisindən qaynaqlanan qlobal təcrübə ilə yerli bazarda innovativ təhsil metodologiyası və ekosistemin gücləndirilməsi istiqamətində müstəsna fəaliyyətini davam etdirməkdədir. Başqa sözlə desək, "Holberton School Azerbaijan” ABŞ-ın Silikon Vadisi innovasiyalarına əsaslanan dinamik texnoloji təhsil təcrübəsinə giriş qapısıdır. Şirkətin missiyası sadəcə tələbələrinə yalnız texniki bilik və bacarıqlara yiyələnməyi təşviq etməklə məhdudlaşmır, onları daim inkişaf edən İKT sahəsində dolğun iş həyatına hazırlamaq istiqamətində çalışdırmaqdır.

Dünyanın 20-dən çox ölkəsində, ümumilikdə 34 şəhərdə fəaliyyət göstərən və dünyanın nüfuzlu məktəblər şəbəkəsi olan "Holberton School" ötən il "PAŞA Holding” Şirkətlər Qrupunun sponsorluğu ilə Azərbaycanda tədrisə başlayıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->