Xəbər lenti

Hollandiya Braziliyanı titulsuz qoydu VİDEO
İdman05:01 13.07.2014

Hollandiya Braziliyanı titulsuz qoydu VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Braziliyada keçirilən dünya çempionatı sona yaxınlaşır. Fanat.az xəbər verir ki, bu gecə mundialın üçüncü yer uğrunda oyunu keçirilib.
Bürünc medallar uğrunda matçda Braziliya və Hollandiya milliləri qarşılaşıb. Braziliyalılar yarımfinalda Almaniyaya 1:7 hesabı ilə uduzmuş, hollandlar isə yarımfinalda Argentinaya penalti seriyasında yenilmişdi. Bu gecə baş tutan oyunda Braziliya ardıcıl ikinci oyunda böyük hesabla məğlub olub - 0:3. Hesabı 3-cü dəqiqədə Robin van Persi açıb. 17-ci dəqiqədə Daley Blind fərqlənib. Son nöqtni isə əlavə vaxtda Georginio Viynaldum qoyub.
Qeyd edək ki, dünya çempionatının ən titullu komandası Braziliya indiyədək 4 dəfə üçüncü yer uğrunda oyunun iştirakçısı olub. 1938-ci ildə İsveçə, 1978-də İtaliyaya qalib gələrək bürünc medallara sahib çıxan "sambaçılar" 1974-də Polşaya, 2014-də isə Hollandiyaya boyun əyib. Hollandiya isə bundan əvvəl cəmi bir dəfə üçüncülük uğrunda mübarizə aparmışdı. "Narıncılar" 1998-ci ildə Xorvatiyaya yenilərək dördüncü yerlə kifayətlənmişdi. Hollandlar ikinci cəhddə dünyanın üçüncüsü ola bilib.
DÇ-2014
3-cü yer uğrunda oyun
13 iyul
Braziliya - Hollandiya 0:3
Qollar: Robin van Persi, 3. Daley Blind, 17. Georginio Viynaldum, 90+1.
Qaynar.info