
Dünya çempionatının pley-off mərhələsinə hazırlıq məqsədilə Bakıda təlim-məşq toplanışında olan futzal üzrə Azərbaycan milli komandası yoxlama oyunu keçirib.
Qaynar.info xəbər verir ki, ölkə çempionatında çıxış edən klubların üzvlərindən ibarət yığma komanda ilə qarşılaşan millimiz 5:1 hesablı qələbə qazanıb. Fineo de Araujonun dubl etdiyi oyunda millinin digər qollarını Auqusto Sezar, Amadeu Fernandes və Xətai Bağırov vurub.
Qeyd edək ki, millimiz martın 22-də Almere şəhərində Hollandiya ilə qarşılaşacaq. Həmin oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Qaynar.info