
Martın 24-də Hollandiyanın Den Haq şəhərində Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin təşəbbüsü ile Novruz bayramı qeyd olunub.
Qaynar.info-nun məlumatına görə, bayram tədbirində 1000 nəfərdən artıq qonaq iştirak edib. Tədbirə Den Haq Bələdiyyəsindən, Parlamentdən, Hollandiyada fəaliyyət göstərən türk dərnəklərindən, müxtəlif azərbaycanlı iş adamları da qatılıb.
Bayram tədbirində Azərbaycanın xalq rəqs və mahnıları ifa olunub. Hollandiyada türk dilində yayımlanan "Demet TV" və "İğdır Video" tədbiri canlı yayımlayıblar.
Sonda Hollandiya-Azərbaycan Türk Mədəniyyət Dərnəyinin başqanı İlhan Aşkın konsertdə əməyi keçən hər kəsə təşəkkür edib.
Qaynar.info


