
Qaynar.info xəbər verir ki, “Azadlıq” qəzetinin elektron poçtuna bir neçə şəkil və onları müşaiyət edən kiçik xəbər göndərilib. Xəbərdə iddia olunur ki, fotolar Naxçıvan Hərbi Hospitalının həyətində martın 21-də çəkilib.
Fotolarda hospitalın qapısı ağzında əllərində süpürgə və vedrə tutmuş xəstə xalatında üç əsgər görünür. Mənbə qeyd edir ki, bu əsgərlər hospitalın həyətini süpürməkdən qayıdırlar.
Azərbaycan ordusunda əsgərləri, SSRİ-dən qalma ənənə kimi, onlara aid olmayan işlərə təhkim etmək adi haldır. Eyni münasibətin xəstə əsgərlərə də bəslənilməsi isə nə istisnadır, nə də Azərbaycan reallığında heyrət doğura bilər.
Bu foto-xəbəri sadəcə, Müdafiə Nazirliyinin (o cümlədən Naxçıvan MR Müdafiə Nazirliyinin) və ölkə rəhbərliyinin görüb, araşdıracağı, günahkarlar varsa, onları cəzalandıracağı ümidi ilə dərc edirik.
Qaynar.info


