Xəbər lenti

Hovuz və dənizdəki təhlükəli viruslar... - FOTO
Ölkə15:24 30.07.2016

Hovuz və dənizdəki təhlükəli viruslar... - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İsti yay günlərində insanlar sərinləmək, əylənmək üçün dənizə, hovuzlara üz tutur. Gün ərzində hovuz və dənizə çoxlu sayda və hər cür insan girir. Onların hansı xəstəliyin daşıyıcısı olduqlarını, gigiyenik qaydalara nə dərəcədə əməl etdiklərini isə bilmirik.

Nəticədə isə hovuza girərkən göz, qulaq, mədə-bağırsaqda problemlərlə üzləşirik. Bu cür xəstəliklər dənizdə, hovuzda çimdikdən 2-10 gün sonra ortaya çıxa bilər. Hovuz suyunu təmizləmək üçün xlordan istifadə edilir. Amma unutmaq lazım deyil ki, xlor özü də insan səhhəti üçün zərərlidir. 

Redaksiyaya daxil olan məlumata görə, hazırda yüzlərlə uşaq və böyük məhz dənizdə və hovuzda müxtəlif mədə-bağırsaq, göz, qulaq xəstəlikləri tutaraq, xəstəxanalara yatırılıblar...

Əgər dənizə və ya hovuza girdikdən sonra sizdə şiddətli qulaq ağrısı, xarici qulaq yolunda şişmə, qulaq axıntısı, tıxanma və eşitmə çətinliyi yaranırsa, mütləq həkimə müraciət edin. Üzgüçülük hovuzlarında göz xəstəlikləri də çox yayılıb. Belə ki, əgər lazımi tədbirlər görülməzsə, qapalı hovuzlardakı su insan gözünün selikli qişasının xəstəliyinə, tədricən korluğuna, habelə keratitin, yəni buynuz qişanın iltihabına səbəb olur. Xüsusilə də hotel və əyləncə mərkəzlərində kütləvi istifadə edilən hovuzlardakı suyun həzm sisteminə, dəriyə böyük zərərləri var. Su xəstəliyin yayılması üçün ən münbit vasitələrdən biri olduğu üçün viruslar burun-nəfəs yolu vasitəsilə daxilə nüfuz edə bilir. Gözdə quruluq, qaşıntı, çəplik, tor görmə, göz qapaqlarında şişkinlik, kirpiklərdə yapışqanlıq, işığa həssaslıq kimi əlamətlərlə özünü büruzə verən keratit, konyunktivit xəstəlikləri məhz hovuz suyu vasitəsilə insandan insana ötürülür. Hovuza girən bir keratit xəstəsi 100-lərlə insanı bu xəstəliyə yoluxdura bilər. 

Uşaqlarda ishal varsa, onu hovuza buraxmaq olmaz. Uşaqlar hovuz və dənizin suyunu udmamalıdır. Hovuza girən zaman gigiyena qaydalarına riayət edilməlidir. Hovuza girməzdən əvvəl duş alınmalı, ayaq yolundan istifadə etdikdən və ya körpə pampersi dəyişdirildikdən sonra əllər sabunla yuyulmalıdır. Əks halda, bədəninizdə olan mikroblar suya bulaşaraq, hovuza girən digər insanlara da təsir edə bilər. Bu cür mikroblar suda daha da artır. Atmosferdən çoxlu oksigen aldığına görə dənizdə xəstəliyə yoluxma ehtimalı nisbətən azdır. Dəniz suyunda duzun çoxluğu da infeksiyaya yoluxma ehtimalını azaldır. Lakin dəniz suyunun çirkli, köpüklü və yaşıl rəngdə olması onun sağlamlıq üçün təhlükəli olmasına dəlalət edir. Orqanizmdə uyğunlaşma yaranmamış birdən-birə, açıq su hovuzlarında çimmək düzgün deyil. 

Temperaturun kəskin dəyişməsi orqanizmin xəstəliktörədici mikroblara qarşı müqavimətini azaldır və bu, daha çox ürək-damar xəstəlikləri olanlar üçün təhlükəlidir. Temperaturun kəskin dəyişməsi dodaqlarda və üzdə uçuq törədən virusların aktivləşməsinə şərait yaradır. Hovuza girməmişdən əvvəl ilıq duş altında yaxalanmaqla orqanizmdə qan axını tənzimlənir. Xlorlu suyun qalıqlarını yumaq və onun dəriyə qıcıqlandırıcı təsirini yox etmək üçün hovuzdan çıxandan sonra da duş altında yaxalanmaq lazımdır. 

Dənizdə çimmək orqanizmə bir çox cəhətdən müsbət təsir göstərir. Dəniz suyunun tərkibindəki vitaminlər, mineral duzlar, amin turşuları insan bədənində olan eyni 84 maddəni ehtiva edir. Suda həll olmuş duzlar, dəriyə və əzələlərə masaj kimi təsir göstərən dalğalar, eləcə də tənəffüs yollarına aerozol kimi nüfuz edən havadakı xırda dəniz suyu damlaları sağlamlıq üçün olduqca müsbət əhəmiyyətə malikdir. Seboreya, sızanaq və civzə kimi dəri xəstəlikləri üçün günəş şüası olduqca xeyirli və əvəzedilməz dərmandır. Dəniz suyunun ən mühüm faydalarından biri də zədələnmiş, zərərə uğramış dərini yaxşılaşdırmaqdır. Dəniz suyu həmçinin immunitet sistemini gücləndirmə qabiliyyətinə də malikdir. Zərərli toksinləri bədəndən uzaqlaşdıraraq, müdafiəni təmin edir. Bunun sayəsində sərbəst mənfi elementlərdən xilas olan qan, ehtiyacı olan elementlərə malik olur və tərkibindəki oksigen səviyyəsi artır. Dəniz suyunda olan yod da immunitet sisteminə müsbət təsir edir. Eyni zamanda təbii bir antiseptik olan dəniz suyu, infeksiyalara qarşı ciddi miqdarda bədənin müqavimətini artırır və bakteriya, göbələk və parazitlərin ölməsinə kömək edir. Tər qoxusundan şikayət edənlər dəniz suyu ilə bu problemdən xilas ola bilər. Dəniz suyunun mühüm bir təsiri də ruhi sağlamlığa aiddir. Tərkibində olan maqnezium, litium və brom beyindəki serotonin, melatonin səviyyələrinə təsir edir. Depressiya, əsəbilik, narahatlıq, diqqətsizlik kimi bir çox sinir xəstəliklərini müalicə edir.

Qaynarinfo.Az musavat.com-a istinadən bildirir ki, tibb elmləri doktoru, professor Adil Qeybulla durğun suda mikrobların nəinki qaldığını, hətta çoxaldığını dedi: "Bağlarda, evlərdəki hovuzlara ailə üzvləri nəzarət edir. Əgər bu, ictimai hovuzdursa, kreativ olaraq xlorlanır. Əgər şəxsə hovuzda hansısa xəstəlik keçirsə, demək, o hovuzun suyu vaxtı-vaxtında dəyişilmir və yaxud da ki, xlorlama yetərincə deyil. Ona görə də həmin sudan nümunə götürüb suyun təmizlik dərəcəsi yoxlanmalıdır. Daha sonra qərar vermək olar ki, bu su mikroblardan nə dərəcədə təmizlənib. Çünki həmin su gigiyenik standartlara cavab verməlidir. Bu da xlorlaşma vasitəsilə aparılır. Mikroblar suda uzun müddət qala bilər. Su nə qədər durğun olsa, mikroblar nəinki qalır, hətta çoxalırlar".

Qaynarinfo.Az