Xəbər lenti

"Huawei"in rəhbər şəxsi həbs edildi
Texnologiya05:56 06.12.2018

"Huawei"in rəhbər şəxsi həbs edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Çinin texnologiya nəhəngi "Huawei"in maliyyə məsələləri üzrə rəhbər şəxsi və sədr müavini, həmçinin şirkətin qurucusu Ren Zhengfeinin qızı Meng Wanzhou həbs edilib.
Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, Meng 1 dekabrda Kanadanın Vankuver şəhərində həbs edilərək ABŞ-a ekstradisiya edilib. ABŞ həbsin detalları barədə məlumat vermir və şirkətin İrana qarşı tətbiq edilən sanksiyaları pozub-pozmadığını araşdırır.
Çinin Kanadadakı səfiri həbsi pisləyərək Meng Wanzhounun azad edilməsini tələb edib. 
Gülşən
Tətbiqlərimizi endirin, xəbərə daha yaxın olun!