"Taxıl daşınması çərçivəsində üç aylıq dövrdə ümumilikdə 345 gəmi Ukrayna limanlarından 7 milyon 700 min ton taxıl daşıyıb”.
APA-nın verdiyi xəbərə görə, bu barədə Türkiyə milli müdafiə naziri Hulusi Akar Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakov ilə İstanbulda görüşü zamanı deyib.
O qeyd edib ki, Rusiya, Ukrayna, BMT və Türkiyəndən olan nümayəndələrin İstanbuldakı Müştərək Koordinasiya Mərkəzindəki fəaliyyəti həm humanitar, həm də tarixi baxımdan vacibdir.
Akar, Türkiyənin qonşularının sərhədlərinə və ərazi bütövlüyünə hər zaman hörmət etdiyini, sülh və sabitliyin tərəfdar olduğunu vurğulayıb.
"Biz bu ardıcıl siyasəti davam etdirməklə taxıl probleminin həllinə nail ola bildiyimiz kimi, əsirlərin dəyişdirilməsi də bu siyasətin nəticəsidir. Məqsədimiz problemin sülh yolu ilə həlli üçün işi davam etdirmək, mümkün qədər tez bir zamanda gərginliyi azaltmaqdır”, - deyə o bildirib.
Şərhlər