Xəbər lenti

Hürrəmin gedişinin əsl səbəbi açıqlandı
Ölkə16:15 07.06.2013

Hürrəmin gedişinin əsl səbəbi açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Aktrisa pul istəyib

"Muhteşem Yüzyıl"ın Hürrəm sutanı Məryəm Üzerlinin serial çəkilişlərini yarımçıq qoyaraq Almaniyay getməsinin əsl səbəbi müəyyən edilib. Anspress-in "Takvim" qəzetinə istinadla verdiyi məlumata görə, buna səbəb aktrisanın istədiyi qonorarı ala bilməməsidir. 

Məlumata görə, hər şeyə səbəb serialın ərəb ölkələrinə satışı ilə başlayıb. Belə ki, rejissor satışdan sonra Sultan Süleyman Qanunini canlandıran Halit Ergençə 1,5 milyon lirə ödəyib və uzun müddət bu xəbər hamıdan gizli saxlanılıb. 

Lakin bir müddət sonra bu məlumat Hürrəm sultanın qulağına çatıb. Bundan sonra aktrisa da pul tələb etsədə, müsbət cavab ala bilməyib. Bir necə həftə gözləyən M.Üzerli pulu ala bilmədiyini görəndə xəbər vermədən Türkiyəni tərk edib. 

Qeyd edək ki, bundan öncə Hürrəm Sultanın "tükənmişlik" diaqnozu ilə psixoloji müalaicə aldığı deyilirdi.

Qaynar.info