"İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Elmi-Mədəni Mərkəzi məhkəməyə verilib.
Qaynarinfo xəbər verir ki, iddiaçı "Auto Azərbaycan” MMC-dir. İş Bakı Kommersiya Məhkəməsinin hakimi Ülkər Həsənovanın icraatındadır.
İşin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələrdən ibarətdir.
"Auto Azərbaycan” MMC 9 iyul 1996-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 11 852 742 USD olan şirkətin qanuni təmsilçisi İsmayılov Emil Hüseyn oğludur. O, həm də "Auto Azərbaycan” MMC-nin İdarə Heyətinin sədridir.
"NAB Holdinqə” daxil olan "Auto Azərbaycan” MMC "Hyundai” avtomobillərinin Azərbaycanda rəsmi distribyutoru, "Hyundai Azərbaycan” brendinin sahibidir.
"NAB Holding”ə "BakuElectronics” və "Bank of Baku” da daxildir.
Seyid