Futbol üzrə Azərbaycan I divizionunda 2021/22 mövsümünə yekun vurulub.
Qaynarinfo xəbər verir ki, sonuncu - XXIV turun oyunlarından sonra bütün mükafatçılar bəlli olub.
Çempionluğu əvvəlki turlarda rəsmiləşdirən "Qaradağ Lökbatan" qızıl, "Şamaxı-2" gümüş, "Qarabağ-2" isə bürünc medallara sahib çıxıb.
I divizionda mükafatlandırma mərasimi bu gün keçiriləcək.
Qeyd edək ki, I divizion təmsilçilərindən "Turan Tovuz" və "Kəpəz" gələn mövsüm Premyer Liqada çıxış edəcək. Gəncə təmsilçisi bu mövsüm 7-ci, Tovuz klubu 10-cu pilləni tutub.
