Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında Azərbaycan növbəti medallarını qazanıb. Belə ki, oğlanlar və qızlardan ibarət stolüstü tennis üzrə yığmalarımız "bürünc"ə sahib çıxıblar.
Oğlanlardan ibarət yığmanın heyətində Adil Əhmədzadə, Emin Məmmədov, Vəzir Allahverdiyev və İbrahim Məhəmməd Ansari, qızlardan isə Ləman Abdulhəmidova, Aylin Əsgərova, Nəzakət Qarayeva və Mərziyyə Nurmətova mübarizə aparıb.
Bununla da Azərbaycan komandası birinci MDB Oyunlarında qazandığı medalların sayını 36-ya çatdırıb. Medallardan 11-i qızıl, 6-sı gümüş, 19-u bürüncdür.
Səbuhi Həsənov