Xəbər lenti

I MDB oyunlarında komandamızın bayraqdarı müəyyənləşdi
İdman08:30 26.08.2021

I MDB oyunlarında komandamızın bayraqdarı müəyyənləşdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Kazanda keçiriləcək I MDB Oyunlarının açılış mərasimində Azərbaycan komandasının bayraqdarı müəyyənləşib.
Qaynarinfo xəbər verir ki, bayrağı yunan-Roma güləşçisi Həsrət Cəfərov daşıyacaq. 67 kq çəki dərəcəsində çıxış edən güləşçimiz ötən həftə Ufada keçirilən gənclərin dünya çempionatının finalında erməni rəqibini məğlub edərək qızıl medala sahib olub. 
Pandemiya ilə əlaqədar olaraq, açılış mərasimində hər ölkədən yalnız 30 idmançının iştirakı nəzərdə tutulur. 
Yarış 4-11 sentyabrda təşkil olunacaq.
Səbuhi Həsənov