Xəbər lenti

I raundda ermənini nokauta salan idmançımız: "Bu ili məhsuldar adlandırardım"
İdman09:51 28.12.2016

I raundda ermənini nokauta salan idmançımız: "Bu ili məhsuldar adlandırardım"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“İdmançı kimi 2016-cı ili fəaliyyətim üçün məhsuldar adlandırardım”.

Bunu Qaynarinfo.Az-a nüfuzlu beynəlxalq yarışların qalibi, “Tank” ləqəbli peşəkar idmançı, Azərbaycan Kikboksinq Federasiyasının yığma komandasının üzvü Xəyal Əhmədov ilin yekunları ilə bağlı fikirlərini şərh edərkən bildirib.

X. Əhmədov bu ilin mayın 28-də Hollandiyanın Eyndhoven şəhərində keçirilən K-1 versiyası üzrə beynəlxalq turnirdə qələbə qazanıb. Noyabrın 6-da Almaniyanın Vuppertal şəhərində A1WCC versiyası üzrə növbəti beynəlxalq turnirdə rinqdə erməni idmançısı Cioran Apuyepyanla üz-üzə gəlib və I raundda onu nokauta salıb: “Qarşıda daha bir yarışımız gözlənilir. 2017-ci ilin mart ayının 25-də Almaniyanın Frankfurt şəhərində peşəkar yarışda iştirak edəcəyəm”.

Qaynarinfo.Az