İbrahim Ləmbəranskinin prokurorluqda qulluq keçməsinə xitam verilib.
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib.
Qeyd edilib ki, İbrahim Ləmbəranskinin öz arzusuna əsasən 10 sentyabr 2025-ci il tarixindən etibarən prokurorluq orqanlarında qulluq keçməsinə xitam verilib.
Qeyd edək ki, Sabunçu rayonunun sabiq prokuroru İbrahim Ləmbəranski Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisinin müşavir təyin olunub.
Şərhlər