
İlkin razılaşmaya görə, Milli Şuranın növbəti sessiyasının iyulun 30-da keçirilməsi planlaşdırılırdı. Amma son günlər aparılan müzakirələrə əsasən, sessiyanın iyulun 31-də keçirilməsi nəzərdə tutulur.
Bu sözləri “Qafqazinfo”ya açıqlamasında Milli Şuranın üzvü Zəfər Quliyev qurumun növbəti sessiyasının nə vaxt keçiriləcəyi ilə bağlı sualı cavablandırarkən deyib.
Zəfər Quliyev bildirib ki, həmin gün Milli Şuranın sədri Rüstəm İbrahimbəyov da Bakıda olacaq: “Bu gün Milli Şuranın İcra Aparatının rəhbəri Eldar Namazovun komissiyaların sədrləri və mitinq komitəsi ilə ayrıca görüşləri keçiriləcək. Ola bilsin ki, bugünkü görüşlərdə növbəti sessiyanın vaxtı tam dəqiqləşsin”.
Qaynar.info