
"Mançester Yunayted"in futbolçusu Zlatan İbrahimoviç yenə gündəmə gəlib.
Sport7.az xəbər verir ki, təcrübəli futbolçu bu dəfə iddialı açıqlamaları ilə diqqət çəkib. PSJ-dən ayrılandan sonra 35 yaşlı futbolçunun premyer-liqanın ağırlığını qaldımayacağını düşünənlər çox idi. İsveçli hücumçu bu şəkildə düşünənləri yanıltmaq üçün maddi baxımdan cəlbedici təklifləri rədd edərək məhz "Mançester Yunayted"i seçdiyini bildirib.
Futbolçu "Hər il premyer-liqadan təkliflər almağıma rəğmən ora getmədim. Buraya insanlar mənim tükəndiyimi düşündüyü anda gələrək özümü sübut etmək istəyirdim. Məni tənqid edənlərə növbəti dəfə cümlələrini "yedirtdiyim" üçün son dərəcə sevincliyəm" söyləməklə iddiasını nömayiş etdirib.
Qeyd edək ki, İbrahimoviç "Mançester Yunayted"in forması ilə meydana çıxdığı 27 oyunda 17 dəfə fərqlənib. Təcrübəli oyunçu 2016-cı ili ümumilikdə 50 qolla qapadıb. Sonuncu, "Middlsbro" ilə oyundakı vurduğu qol sayılsa 2016-nın ən çox fərqlənən futbolçusu Messiyə çatacaqdı. Lionelin 2016-da ümumilikdə 51 qol vurduğunu nəzərinizə çatdıraq.
Qaynarinfo.Az