Xəbər lenti

İbrahimoviçdən Kantonaya tutarlı cavab: "Mən Mançesterə Tanrı olmağa gəlmişəm"
İdman15:35 18.07.2016

İbrahimoviçdən Kantonaya tutarlı cavab: "Mən Mançesterə Tanrı olmağa gəlmişəm"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İsveçli ulduz futbolçu Zlatan İbrahimoviç fransalı veteran Erik Kantonaya cavab verib. 

Qaynarinfo.az xəbər verir ki, isveçli ulduz "Mançester Yunayted"in sabiq üzvünün ona ünvanlanmış açıqlamasını özünəməxsus şəkildə cavablandırıb.

Məlumat üçün bildirək ki, Kantona İbrahimoviç üçün hazırladığı videoda "Zlatana bir mesajım var: "Mançester Yunayted" etdiyin ən yaxşı seçimdir. Bir şey daha var: Mançesterin bir kralı var. Əgər istəsən, şahzadə ola bilərsən. Arzulasan, yeni 7 nömrə ola bilərsən. Şahzadə olaraq sənə uzun illər arzu edirəm" demişdi.

İbrahimoviçin cavabı daha maraqlı olub: "Erikin haqqımda dediklərini eşitdim. Mən hər zaman ona heyran olmuşam. Amma bunu bilməsi yaxşıdır: Mən Mançesterə kral və ya şahzadə olmağa yox, Tanrı olmağa gəlmişəm".

Qaynarinfo.az