
Fransanın "PSJ" klubunun isveçli ulduzu Zlatan İbrahimoviç İngiltərə millisinin və "Mançester Yunayted" klubunun hücumçusu Ueyni Runinin Parisdə oynamasını istəyir.
Qaynar.info-nun goal.com-a istinadən verdiyi məlumata görə, Ser Aleks Ferqyusonla problemləri olan ingilis futbolçuya İbrahimoviç "PSJ"də oynamaq təklifi edib. Runinin transfer olmaq istəyərsə fransız klubunu seçəcəyini düşünən İbrahimoviç "The Sun" qəzetinə verdiyi açıqlamasında, "əgər futbolla bağlı həyata keçirilən layihəyə qoşulmaq istəyirsə "PSJ"yə gəlməlidir. Runi onsuz da nə edəcəyini bilir. Bizim layihəmiz dəqiq və ortadadır. Fransanın dominant gücü olmaq bizim üçün yetərli deyil, biz Avropanın bir nömrəsi olmaq istəyirik" deyib.
Qaynar.info