Xəbər lenti

İbrahimoviçə ağır cəza
İdman08:43 08.03.2017

İbrahimoviçə ağır cəza

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Mançester Yunayted"in isveçli hücumçusu Zlatan İbrahimoviç İngiltərə Futbol Assosiasiyasının qərarı ilə cəzalandırılıb.

Sport7.az xəbər verir ki, Zlatan üç oyunluq diskvalifikasiya olunub. Bundan başqa ona pul cəriməsi də kəsilib.

İbrahimoviç "Bornmut"la 1:1 hesabı ilə başa çatan oyundakı epizoda görə cəzalandırılıb. Rəqibin müdafiəçisi Minqz İbrahimoviçin başına toxunub, cavab olaraq isə üzündən dirsək zərbəsi alıb.

Cəza səbəbindən isveçli futbolçu  "Çelsi" ilə Kubok oyununu, həmçinin "Sauthempton" və "Midlsbro" ilə çempionat qarşılaşmalarını buraxacaq.

Qaynar.Az