
1, 2 iyun 2013-cü il tarixlərində İçərişəhər Dövlət Memarlıq Qoruğunda Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin təşkilatçılığı və Azərbaycan Avropa Hərəkatının təşkilati dəstəyi il Avropa Şəhərciyi (Eurovillage) adlı tədbir keçirilib.
2 gün davam edən tədbirdə Avropa Birliyinə üzv olan ölkələrin çadrları qurulub və şəhər sakinləri həmin çadrlara yaxınlaşaraq ölkələrin mədəniyyətləri, tarixləri barədə məlumat ala biliblər. Bundan başqa tədbirdə qonaqlar üçün müxtəlif şoular – rəqslər, karaoke, rəsm çəkdirmək təşkil olunub.
Tədbirdə həmçinin Azərbaycan Avropa Hərəkatının prezidenti Ramin Hacılı çıxış edərək AAH-nın Avropa İnteqrasiya istiqamətində gördüyü işlər haqqında məlumat verib və AAH-nın əsas məqsədlərini açıqlayıb.
Bundan başqa “Eurovillage”də Avropa Təhsilli Azərbaycan Məzunları Şəbəkəsinin də təqdimatı edilib. Təqdimatı şəbəkənin koordinatoru Tural Tağıyev edib.
Qaynar.info












