Xəbər lenti

İcra başçılarının çoxu yaşlı kişilərdir - 77 yaşı var...
Ölkə12:31 30.03.2016

İcra başçılarının çoxu yaşlı kişilərdir - 77 yaşı var...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu kateqoriyadan olan məmurların əksəriyyəti 60-ı haqlayıblar.

Azərbaycanın yerli icra hakimiyyətlərinin başçıları arasında ən cavanı və ən yaşlısı şimal bölgəsinin payına düşür.

Ən yaşlı başçı 77, ən gənci 35 yaşındadır

Transparency.az bildirir ki, ən cavan icra başçısı Siyəzənə rəhbərlik edir. Bu il Siyəzənin icra başçısı Asif Hüseynovun 35 yaşı tamam olacaq. Ən yaşlı icra başçısı isə Xaçmaz rayonunun rəhbəridir – Şəmsəddin Xanbabayevin aprelin 1-də 77 yaşı tamam olacaq

İcra başçıları içində yaşı 70-i ötən xeyli məmur var . Bakının icra başçısı Hacıbala Abutalıbovla Tovuzun icra başçısı Tofiq Zeynalov 72 yaşının içindədir . Yasamal rayonunun icra başçısı İbrahim Mehdiyev isə 70 yaşındadır.

Mübariz Əhmədovun (Zaqatala) 69 yaşı var. Alı Qocayev də (Samux) bu il 69 yaşını tamamlayacaq.

Yaşı 60-ı ötmüş icra başçıları arasında digər yaşlı şəxs Xəzər rayonuna rəhbərlik edir. Gülağa İslamovun 67 yaşı var. 

Qaynar.info