Xəbər lenti

İcra başçısı avtomobil qəzasına düşdü
Ölkə07:11 04.12.2018

İcra başçısı avtomobil qəzasına düşdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev avtomobil qəzasına düşüb.
Qaynarinfo "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Heydər Əliyev küçəsində qeydə alınıb.
Belə ki, içərisində Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin də olduğu "Toyota" markalı avtomobil hərəkətdə olan zaman sağ tərəfdən gələn "VAZ-21099" markalı avtomobillə toqquşub. Qəza nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.
Tətbiqlərimizi endirin, xəbərə daha yaxın olun!