
Həlimə Məmmədova bir usag ilə dağılmış bir otaqlı daxmada yaşamaq məcburiyyətində qalıb
Azərbaycanda imkansız, üstəlik kimsəsiz ailələr çoxdur. Onların arasında elələri də var ki, maddi problemləri, mənəvi sıxıntıları sözlə deyiləsi deyil.
Qaynar.info Bolgexeber.tv-yə istinadən xəbər verir ki, çarəsiz və tək başına əlil uşağı ilə qalan Həlimə Məmmədova övladına sığınacaq bir yer tapa bilmir.
Həlimə Məmmədovanı acınacaqlı duruma salanda Binəqədi rayon bələdiyyə sədrinin ona yalandan verdiyi torpaq vədi olub. O, dəfələrlə verilən vədlərə inanaraq rayon Bələdiyyəsinə müraciət etsə də, onun müraciətləri cavabsız qalıb. Evsiz, esiksiz qaldığını gorən sikayətçi bəlkə Binəqədi rayon İcra Hakimiyyəti onun dərdinə dərman olar deyə,həmin orqana uz tutub... Ancaq vəziyyət dəyişilməz qalıb.
Körpəsi ilə qardaşının balaca daxmasına sığınan şikayətçinin anası da ona yardım etmək üçün onlarla bərabər yaşayır. Səlmi Məmmədova da çox cətin gunlər yasadıqlarını və çarəsiz qaldıqlarını bildirir.
Qaynar.info