Xəbər lenti

İcra başçısı ilə bağlı sensasiyalı xəbər
Ölkə06:08 24.06.2014

İcra başçısı ilə bağlı sensasiyalı xəbər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rayonda Mübariz Ağayevin bir müddət əvvəl ayağından güllə ilə vurulduğu xəbəri yayılıb

Qubanın icra başçısı Mübariz Ağayevlə bağlı olduqca maraqlı və sensasiya doğuracaq məlumat yayılıb. 

JAM.AZ rayonda yayılmış həmin məlumata istinadən xəbər verir ki, sensasiya doğuran əsas səbəb icra başçısının rayonda radikal dini qruplaşma üzvlərinin hədəfinə gəlməsidir. 

İddia edilir ki, bir müddət əvvəl Mübariz Ağayev Qubada kök salmış radikal dini təşkilatların nümayəndələri ilə üz-üzə gəlib. Həmin münaqişəli vəziyyətdən dolayı qarşı tərəfin icra başçısına aqressiyası onların silaha əl atmasına səbəb olub. Yayılan xəbərlərdə qeyd edilir ki, həmin vaxt radikal cərəyanın üzvləri imkan taparaq icra başçısına güllə atıblar. Və nəticədə o, ayağından yaralanıb. Yaranın ağır olmaması səbəbindən Ağayev elə rayon xəstəxanasında müalicə olunub. 

Amma hadisə məhz onun göstərişi əsasında məxfi saxlanılıb. Məqsəd rayonda qarışıqlıq və ya hansısa neqativ halın yaşanmasının qarşısını almaq olub. 

Bu əsnada Mübariz Ağayevlə bağlı başqa bir ilginc məlumat da dolaşır. Həmin məlumata görə, Qubanın icra başçısının məmurlardan birinə 450 min manat borcu var. Hazırda bu xəbərlərin nə dərəcədə dəqiq olub-olmadığı ilə bağlı araşdırma aparırıq. 

Məsələ ilə bağlı Qaynar.info olaraq icra başçısı Mübariz Ağayevin mövqeyini öyrənməyə çalışsaq da, təəssüf ki, zənglərimiz cavab sız qaldı.

Yazıda qeyd olunanlarla bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.