Xəbər lenti

İcra başçısı prezident ailəsi ilə qohum oldu
Ölkə12:12 01.11.2013

İcra başçısı prezident ailəsi ilə qohum oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin övladının toy mərasimi keçiriləcək. 

“Qafqazinfo” xəbər verir ki, icra başçısının qızı Ləman Fərzəliyeva ailə həyatı qurur. Toy “Buta Palace”da olacaq. 

Qeyd edək ki, Abdin Fərzəliyevin qızı dövlət başçısı İlham Əliyevin bir neçə il əvvəl dünyasını dəyişmiş bibisi Şəfiqə xanımın nəvəsi ilə ailə  qurur. 

Bu arada onu da xatırladaq ki, icra başçısının qızı həmçinin Yeni Azərbaycan Partiyasının üzvüdür. Bir neçə il əvvəl ona YAP-ın 500 minici üzvü olmağı ilə bağlı vəsiqə təntənəli şəkildə təqdim edilmişdi. 

Qaynar.info