Ölkə 10:48 04.11.2022

İcra başçısı Vətən müharibəsi iştirakçısına yüksək vəzifə verdi (FOTO)

Göygöl Rayon İcra Hakimiyyətində yeni kadr təyinatı olub. 

Manset.az-ın əldə etdiyi məlumata görə, icra başçısı Elvin Paşayevin müvafiq əmri ilə Namiq Sahib oğlu Cəfərov İcra Hakimiyyətində Ərazi İdareətmə və Yerli Özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Namiq Cəfərov Naxçıvan Dövlət Universtetinin Hüquq fakultəsini bitirib. Xızı Rayon İcra Hakimiyyətində başçının köməkçisi, Gəncə Asan Xidmət Mərkəzinin direktoru və Azərbaycan Dövlət Aqrar Universtetində məsul vəzifələrdə çalışıb. 

O, 44 günlük Vətən müharibəsinin iştirakçısı olub və "Şuşanın azad olunmasına görə” medalı ilə təltif olunub.