Xəbər lenti

İcra başçısına etiraz məktubunu deputata belə oxutdurdu (FOTO)
Ölkə 16:41 25.04.2025

İcra başçısına etiraz məktubunu deputata belə oxutdurdu (FOTO)

Milli Məclisinin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarovdan narazılıq edən vətəndaşı qəbul edib.

Qaynarinfo-nun məlumatına görə, Sabirabad rayon sakini Ramazan Rzayev plakata bənzər məktubu ilə deputatın qəbuluna girib. 
 


O, icra başçısı və rayon bələdiyyə sədrinə olan etiraz məktubunu deputata oxutdurub . 

Sözügedən görüntülər sosial şəbəkələrdə maraqla qarşılanıb. 

Qeyd edək ki, Ramazan Rzayev Sabirabad rayonunda ağsaqqal bloger kimi tanınır. O, daimi rayonun sosial vəziyyəti ilə bağlı videolar paylaşır. 

Əhməd
 

Siraqəddin Cabbarov
--> -->