Xəbər lenti

İcra başçısına müavin gedən direktorun vəzifəsi ona tapşırıldı
Ölkə 12:13 03.06.2025

İcra başçısına müavin gedən direktorun vəzifəsi ona tapşırıldı

Bakı şəhəri, Xəzər rayonu 234 saylı tam orta məktəbə rəhbərlik İradə Atakişiyevaya həvalə olunub.

Qaynarinfo "İqtisadiyyat.az"a istinadən xəbər verir ki, ona ötən aydan təhsil müəssisəsinin direktoru vəzifəsini icra etmək tapşırılıb.

Qeyd edək ki, 1958-ci il təvəllüdlü İ.Atakişiyeva məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışır. İxtisasca informatika müəllimi olan İ.Atakişiyeva əvvəllər də direktor olmayan dövrdə məktəbə müvəqqəti rəhbərlik edib.

Xatırladaq ki, 234 saylı tam orta məktəbin direktoru Məmmədhüseynova Zülfiyyə Xası qızı ötən ay vəzifəsindən çıxıb və Pirallahı Rayon İcra Hakimiyyəti başçısına müavin təyin olunub.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->