Xəbər lenti

İcra başçısının halı pisləşdi, Bakıya gətirildi
Ölkə08:27 10.09.2014

İcra başçısının halı pisləşdi, Bakıya gətirildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Qəzənfər Ağayevin Bakıdan zəng gəldikdən sonra qan təzyiqi qalxıb 

Astaranın icra başçısı Qəzənfər Ağayevin dünən günorta saatlarında iş yerində halı qəfil pisləşib. Yüksək qan təzyiqi diaqnozu ilə əvvəlcə rayon xəstəxanasına gətirilən başçı, ardından təcili olaraq Bakıya gətirlib. Qaynar.info xəbər verir ki, bu barədə Jam.az saytı məlumat yayıb. 

Məlumatda deyilir ki, Ağayevin səhhəti hazırda normaldır və o, Mərkəzi Klinik Xəstəxanada həkim müayinəsi altında saxlanılır. Onun belə bir vəziyyətə düşməsinin səbəbi konkret məlum deyil. Ehtimal olunur ki, Astaranın icra başçısı keçirdiyi toplantıda bərk əsəbiləşib və bu səbəbdən də qan təzyiqi artıb. Bəzi iddialara görə isə Qəzənfər Ağayevin səhhətinin pisləşməsi Bakıdan aldığı zənglə bağlı olub. Bu zəngin hansı mahiyyət daşıdığı da bəlli deyil. 

Qaynar.info