Xəbər lenti

İcra başçısının müavini küçənin ortasında dalaşdı
Ölkə14:33 28.06.2013

İcra başçısının müavini küçənin ortasında dalaşdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Sabirabad rayon icra başçısının birinci müavini Həsən Həsənovla, müavin Heydər Yaqubovun qardaşı Füzuli Yaqubov dalaşıb. 

Bu barədə Sabirabaddakı mənbələr məlumat verib. Mənbənin dediyinə görə, hər iki şəxs “Bazar küçəsi”ndə mübahisə ediblər. Bundan sonra onlar aralanıblar.

Amma dava bir azdan yenə davam edib. Tərəflər bu dəfə Füzuli Yaqubovun şəhərin mərkəzində tikdirdiyi böyük ticarət obyektinə qarşısında davam edib. Bu dəfə əlbəyaxa şəkildə.

Mənbənin dediyinə görə, hər iki şəxsin dalaşmasına səbəb icra hakimiyyətinin birinci müavininin Yaqubova ticarət mərkəzinin sökdürmək istəyi olub.

Teymur
AzNews.az