Xəbər lenti

İcra Hakimiyyəti: «Həmin liseylə bağlı araşdırma aparılır»
Ölkə11:36 20.09.2017

İcra Hakimiyyəti: «Həmin liseylə bağlı araşdırma aparılır»

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Xətai rayonunda fəaliyyət göstərən Humanitar Fənlər təmayüllü məktəb-liseyə şagird qəbulu ilə bağlı şikayəti təqdim etmişdik. İddia olunur ki, şagirdlərin liseyə qəbulu şəffaf şəkildə aparılmır, aparılan müsabiqə formal xarakter daşıyır və burada direktor Nəzakət Əsgərovanın maraqları əsas rol oynayır.

Şikayətlə bağlı Xətai rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Qurumun İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov "Qaynarinfo"ya açıqlamasında bununla bağlı araşdırılma aparıldığını söylədi:

"Dediyiniz məktəb-litsey birbaşa Təhsil Nazirliyinin tabeçiliyindədir. Bu məlumatı biz də eşitmişik və müavinim hazırda həmin məsələ ilə maraqlanır. İzahat alandan sonra məsələnin hansı yerdə olduğu üzə çıxacaq. Qeyd edim ki, liseylərin öz əsasnamələri olur və həmin əsasnamələrə uyğun olaraq müsabiqə keçirirlər. Bunun subyektiv tərəflərini biz araşdıracağıq. Amma yaxşı olardı ki, həmin şikayətçi şikayətini mətbuatdan öncə dövlət qurumuna bildirəydi. Əgər dövlət qurumu onun şikayətinə baxmasaydı, o zaman sizə mətbuata müraciət edərdi. Dediyim kimi, bununla bağlı bizə rəsmi qaydada müraciət daxil olmayıb. Belə bir şikayət olanda biz həmin müəssisəni araşdırıb, neqativ hal varsa aradan qaldırırıq. ".

Çingiz Səfərli

Qaynarinfo.Az