Xəbər lenti

İcra Hakimiyyəti sədr müavinindən 10 minə 13 kreslo, 26 oturacaq alır
Ekonomiks 17:53 30.09.2025

İcra Hakimiyyəti sədr müavinindən 10 minə 13 kreslo, 26 oturacaq alır

Sumqayıt Şəhər İcra Hakimiyyəti fərdi sahibkar Əzizov Əsəd Qacar oğlu ilə satınalma müqaviləsi imzalayıb. 

Qaynarinfo-nun məlumatına görə, müqavilədə ümumi və texniki təyinatlı predmetlərin satın alınması nəzərdə tutulur. 

Müqavəlinin şərtlərindən məlum olur ki, "ümumi və texniki təyinatlı predmetlər"ə rəhbər kreslosu və oturacaqlar daxildir. 

İcra Hakimiyyəti sahibkara 10 431,2 manat ödəməklə 13 ədəd rəhbər kreslosu, 26 ədəd isə oturacaq alacaq. 

Əsəd Əzizov sahibkar olmaqla yanaşı Masallı şəhər bələdiyyəsinin sədr müavinidir. Onun tərcümeyi-halında da fərdi sahibkarlıqla məşğul olduğu qeyd edilib. 

Seyid

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->