Xəbər lenti

İcra Hakimiyyətində dava düşdü
Ölkə07:02 11.08.2014

İcra Hakimiyyətində dava düşdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Şikayətçi ilə icra başçının adamları arasında qəbula görə mübahisə yaranıb

Yardımlı rayonunda icra başçısı Sevindik Hətəmovun uzun müddətdən bəridir ki, şikayətçiləri qəbul etməməsi əhali arasında ciddi narazılıq yaradıb. 

Bu barədə JAM.AZ-a məlumat verən rayon sakinləri bildirirlər ki, dəfələrlə İcra Hakimiyyətində üzləşdikləri problemlərdən dolayı qəbulda olmağa çalışsalar da, bunun bir nəticəsi olmayıb.

Son məlumatlara görə, ötən həftənin cümə günü Yardımlı rayon İcra Hakimiyyətində şikayətçilərlə icra başçısının nümayəndələri arasında qalmaqal yaşanıb. 

Məlumatda deyilir ki, Sevindik Hətəmovla görüşmək üçün gələn bir neçə rayon sakini israrla istəklərinin reallaşmasını tələb ediblər. Lakin İcra Hakimiyyətinin işçiləri onları kobud şəkildə qarşılayaraq, heç bir görüş olmayacağını və Hətəmovun da rayonda deyil, məzuniyyətdə olduğunu bildiriblər.

Vurğulanır ki, şikayətçilər onlara göstərilən sərt və kobud münasibətdən dolayı qəzəblənərək, icra başçısını tələb etməyə başlayıblar. Hətta tərəflər arasında bir anlıq gərginlik artıb. Və işin əlbəyaxa davaya çevriləcəyini görən İcra Hakimiyyətinin işçiləri ortalığı sakitləşdirməyə çalışıblar. Sonda rayon adamlarını inandıra biliblər ki, icra başçısı məzuniyyətdədir. 

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. 

Qaynar.info