Xəbər lenti

İcra Hakimiyyətinin əməkdaşı iş otağında ölü tapıldı
Ölkə16:20 19.09.2022

İcra Hakimiyyətinin əməkdaşı iş otağında ölü tapıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Saatlı rayon İcra Hakimiyyətinin əməkdaşı iş otağında ölmüş halda aşkar edilib.
Qaynarinfo APA-ya istinadən xəbər verir ki, Saatlı İcra Hakimiyyətində ictimai-siyasi və hümanitar məsələlər şöbəsinin baş məsləhətçisi işləyən rayonun Telmankənd kənd sakini Əhəd Cavanəli oğlu Behbudovun İH-də iş otağında meyiti tapılıb.
Onun sentyabrın 16-dan telefon zənglərinə cavab vermədiyi bildirilir.
Ölümün səbəbi araşdırılır.
Faktla bağlı Saatlı prokurorluğunda araşdırma başlayıb.