İctimai nəqliyyatda gediş haqlarının artması taksilərə şamil olunacaqmı? (VİDEO)
Tarif Şurasının qərarına əsasən fevral ayının 3-dən etibarən müntəzəm şəhərdaxili marşrutlarda və metroda gediş haqı 40 qəpik, şəhərətrafı və qəsəbələr arası fəaliyyət göstərən avtobus marşrutlarında isə qiymət, məsafədən asılı olaraq 0.40-1 manat olacaq.
İctimai nəqliyyatda gediş haqqının artırılmasından sonra sosial şəbəkələrdə bu qərarın taksi xidmətlərinə, xüsusi ilə də insanların ən çox istifadə etdikləri "manatlıq” taksilərə şamil olunub-olunmayacağı ilə bağlı müzakirələr gedir.
Qaynarinfo məlumat verir ki, "ATV XƏBƏR” mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.
Aparılan araşdırmadan məlum olur ki, müzakirələr əsassız deyil. "Manatlıq” taksi xidməti ilə məşğul olan sürücülər qiymət artımında maraqlıdırlar.
Vətəndaşlar isə yanacağın qiymətində hər hansı artımın olmamasını əsas gətirərək, taksilərdə gediş haqqının qaldırılmasını düzgün hesab etmirlər.
Mövzu ilə bağlı fikirlərini öyrəndiyimiz mütəxəssislər də vətəndaşlardan fərqli düşünmürlər. Onlar bildirirlər ki, taksi xidmətlərində gediş haqlarının artırılması üçün heç bir əsas yoxdur. Bu qərar yalnız ictimai nəqliyyata şamil edilib.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər