Xəbər lenti

İctimai nəqliyyatda gediş haqqı artırılacaq - Ekspert
Ekonomiks06:12 03.09.2020

İctimai nəqliyyatda gediş haqqı artırılacaq - Ekspert

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"İctimai nəqliyyatda bahalaşma gözlənilir”.
Qaynarinfo xəbər verir ki, bunu iqtisadçı alim Qubad İbadoğlu deyib. Onun fikrincə, Bakı Nəqliyyat Agentliyinin (BNA) nümayəndəsinin "taksini gündəlik istifadə olunan nəqliyyat vasitəsinə çevirmək doğru deyil, bunun üçün müntəzəm sərnişin daşıma var" fikirlərini iki versiya ilə əsaslandırmaq olar:
"Birincisi, əgər xatırlayırsınızsa, "pomidor taksi"lərin təqdimatı zamanı bundan sonra qiymətlərin bahalaşdırılacağını və istismar müddəti köhnə olan avtomobillərin xidmət bazarından çıxarılaraq, yeganə rəqabətli bazar olan taksi xidmətlərinin də inhisara alınacağını bildirmişdim. Yanılmamışam, proseslər ora doğru gedir. İkincisi, taksi xidmətlərinin bahalaşdırılması ictimai nəqliyyatda da gediş haqqının artırılması niyyətindən xəbər verir. Böyük ehtimalla, öncə taksi xidmətlərinin tarifi, sonra da ictimai nəqliyyatda, həmçinin də metroda gediş haqları qaldırılacaq”.
Qubad İbadoğlu bildirib ki, ictimai nəqliyyatda gediş haqqının 50 qəpik olması gözlənilir.
Bahar Rüstəmli