Xəbər lenti

“İctimai və dövlət maraqlarının müdafiəsi bir gün yox, hər gün olmalıdır” - Deputat
Siyasət 17:43 13.10.2023

“İctimai və dövlət maraqlarının müdafiəsi bir gün yox, hər gün olmalıdır” - Deputat

(Yazı "ictimai və dövlət maraqlarının müdafiəsi” mövzusu üzrə hazırlanıb)

"Siyasətdə maraqlar və onun müdafiəsi çox önəmli məsələdir”. 

Bu fikirləri Qaynarinfo-ya Milli Məclisin deputatı Elman Nəsirov ictimai və siyasi maraqlar və bu maraqların qorunması haqqında danışarkən deyib.
Elman Nəsirov deyir ki, dövlətin siyasi maraqları bir sıra istiqamətdə həyata keçirilir:

"Xarici siyasət ölkənin milli maraqlarının beynəlxalq aləmdə müdafiə edilmə siyasətidir. İctimai maraqlar isə fərdi maraqların məcmusudur. İctimai maraqlar həm də məcmu olaraq xalqın maraqlarının ifadəsinə çevrilib. 

Bir də var dövlət maraqları. Dövlət özü də elə xalq üçündür. Nəzərə alsaq ki, hakimiyyətin də mənbəyi xalqdır. Bu nöqteyi-nəzərdən dövlət və ictimai maraqlar, xalqın mini mənfeyi məsələləri üst-üstə düşür. Hakimiyyətdə hansı partiyanın olmasından asılı olmayaraq, ictimai və dövlət maraqları nəticə etibarı ilə milli mənafeyin və maraqların müdafiəsi, xalqın istək və arzuları naminə üst-üstə düşməlidir. Buna görə də hesab edirəm ki, Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü həm daxili, həm xarici siyasət ilk növbədə milli maraqların və bu konteksdə ictimai və dövlət maraqlarının müdafiə edilməsi, qorunmasına xidmət göstərir. Bu siyasətin həyata keçirilməsi nəticə etibarıyla dövlətin qarşısında duran strateji hədəflərə nail olmaqda xüsusi rola və əhəmiyyətə malikdir. Dövlətimizin qarşısında dayanan strateji əhəmiyyətli məsələ ərazi bütövlüyümüzün bərpası, suverenliyimizin təmin edilməsi, sərhədləriminizin toxunulmazlığı məsələsinin praktiki tətbiqinə nail olmaq idi. Hesab edirəm ki, bu sadaladıqlarım həm ictimai maraq kəsb edən ictimai sifariş idi, həm də dövlətin bir nömrəli maraqları kateqoriyasına daxil olan məsələydi. Bu məsələlərdə hər bir vətəndaşın marağı ilə dövlətin marağı üst-üstə düşürdü. Bu da nəticə etibarı ilə tarixi qələbəmizin əldə edilməsində fundamental rol oynamış səbəblər sırasındadır”.

Deputat bildirib ki, ictimai maraqlarla dövlət maraqlarında üst-üstə düşən məqam ictimai-siyasi sabitliyi şərtləndirir:

"İctimai-siyasi sabitliyin formalaşması isə xalqın maraqları ilə dövlətə rəhbərlik edən şəxsin və onun yeritdiyi siyasətin eyni istiqamətdə olmasını zəruri edir. Prezident İlham Əliyev ilk növbədə Azərbaycan xalqının milli maraqlarına söykənərək müstəqil siyasət həyata keçirir. Bu həm də ictimai və dövlət maraqlarına xidmət və təminatdır. Xalq da Prezidentin siyasətini müdafiə edərək onun arxasındadır. Və bu reallıqla da bizim uğurlarımız təmin edilir”. 
 


Həmsöhbətimiz düşünür ki, bu istiqamətdə gənclərin üzərinə böyük məsuliyyət düşür:

"Çünki bir çox anti-Azərbaycan beynəlxalq siyasi dairələr çalışırlar ki, Azərbaycanda məhz ictimai və dövlət maraqlarının müdafiəsi məsələlərində ziddiyətlər olsun. İctimai və dövlət maraqları üst-üstə düşməsin, nəticə etibarı ilə ölkədə xalq və hakimiyyət arasında ixtilaf yaransın. Bu da qarşıdurmalar olan mühitin formalşmasına gətirsin, səfərbərbər olunmuş cəmiyyət parçalansın, cəmiyyətdə vətəndaş həmrəyliyinə son qoyulsun, idarə olunan xaos vəziyyəti yaradılsın. Bu məqəd üçün də onların ən çox üz tutduqları ünvan gənclərdir. Onların gənclərdən bu istiqamətdə öz çirkin imkanlarını həyata keçirmək üçün istifadə etmək cəhdləri olub, hər zaman ola bilər, amma Azərbaycanın gücü ondadır ki, ölkədə bu istiqamətdə düzgün gənclər siyasəti həyata keçirilir. Prezidentimizin də qeyd etdiyi kimi, torpaqlarımızı işğaldan azad edən əsasən bu müstəqillik illərində doğulmuş gənclərdir. Onlar heç Qarabağı görməsələr də, genetik kod, qan yaddaşı işləyirdi və bu istiqamətdə aparılan siyasət də öz bəhrəsini verdi, biz tarixi qələbəmizə imza atdıq. Ona görə də hesab edirəm ki, bu sitiqamətdə düzgün siyasət, ictimai və dövlət maraqlarının üst-üstə düşməsi çox əhəmiyyətli məsələlərin həllinə xidmət edən bir amildir”. 

Bu isitiqamətdə görülə biləcək maarifləndirmə işləri, təbliğatlar haqqında da danışan Elman Nəsirov bildirir ki, bir gün yox, hər gün təbliğat işləri aparılmalıdır:

"Hesab edirəm ki, bu məsələ çox vacibdir. Məşhur bir ifadə var: Müqəddəs yer boş qalmır. Əgər ictimai və dövlət maraqlarının təbliğatı istiqamətində maarifləndirmə işləri getməsə, milli-mənəvi dəyərlər sisteminə zidd olan, bizə xaricdən diqtə edilən "dəyərlər sistemi” onu əvəz edəcək. Bunun isə hansı ağır nəticələrə gətirəcəyini proqnozlaşdırmaq çətin deyil. Kosmopolit insan yaratmaq ideyası var. Onun üçün milli dəyərlər, milli sərhədlər, dövlət kimi məsələlər arxa plana keçsin, onlar ümumdüya vətəndaşı ideyasını sərgiləsin. Bunun isə arxasında çirkin siyasi niyyətlər dayanır. Ona görə də bu sahədə təbliğat-təşviqat işləri gücləndirilməlidir, bu istiqamətdə televiziyaların, internet televizyalarının imkalarından maksimum istifadə edilməlidir. Amerikanların bir yaxşı ifadəsi var: Bir hadisə baş verib, amma onu CNN göstərməyibsə, deməli, bu hadisə baş verməyib. Bu istiqamətdə addımlar atılmalı, verilişlər hazırlanmalı, ekspertlər dəvət olunmalı, dövlətlərin təcrübəsi öyrənilib tətbiq edilməlidir. Hesab edirəm ki, bu, təkcə dövlətin işi deyil, hər bir vətəndaşın işidir. Bu, bir kampaniyaya çevrilməməlidir, bu istiqamətdə hər gün işlər görülməlidir. Bu proses orta və ali məktəblərdə xüsusi ilə tədris edilməli, şagirdlərə, tələbələrə çatdırılmalıdır. Çünki bu istiqamətdə gənclər çox vacibdir və fokus da onlara yönəlməlidir”.
 
Günay İlqarqızı

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->