Xəbər lenti

İctimai yerdə daha bir koronavirus xəstəsi aşkarlandı
Ölkə19:51 16.12.2021

İctimai yerdə daha bir koronavirus xəstəsi aşkarlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən nəzarət tədbirləri zamanı aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb.
Bu barədə Qaynarinfo-ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.
Məlumata görə, Əliabad qəsəbə sakini Ceyhun Rzayevə ev şəraitində müalicə təyin olunmasına baxmayaraq, o, sanitar-karantin qaydalarını pozaraq yaşadığı ünvanı tərk edib. Digərlərinin də sağlamlığı üçün təhlükə yaradan həmin şəxslə izahedici söhbətlər aparılıb və yaşadığı evə geri qaytarılıb.
C.Rzayev barəsində Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.