İdeologiya.az saytının baş redaktoru Teylor Fətişoğlunun (İbrahimov) həbs xəbəri yayılıb.
Qaynarinfo.Az virtualaz.org-a istinadən xəbər verir ki, sayt rəhbəri Ağdamda saxlanılıb.
Məlumata görə, Teylor Fətişoğlu Ağdam Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulub və Xətai RPŞ-ə təhvil verilib.
Teylor Fətişoğlu iri məbləğdə dələduzluqda ittiham edildiyi, barəsində AR CM-nin 178-ci maddəsi üzrə cinayət işi başlandığı bildirilsə də, hələlik rəsmi açıqlama verilməyib.
Qaynarinfo.Az