Xəbər lenti

İdman 14:53 24.04.2024

İdman əfsanəsi: "Rusiya Olimpiadaya buraxılmasını milyardlarla dollara əldə edib"

Stenli Kubokunun ikiqat qalibi Dominik Hasek Rusiya və Belarus idmançılarının 2024-cü il Olimpiadası üçün neytral statusda olmasından danışıb.

Qaynarinfo xəbər verir ki, idman əfsanəsinə görə, Rusiya hakimiyyəti öz təbliğatını aparmaq üçün əla fürsət əldə edib.

"Bu, mümkün olan ən pis həlldir. Bu, Rusiya hökumətinin, Putinin və hər kəsin rusiyalıları geri qaytarmaq üçün böyük səyidir. Bu səyi pula çevirsəniz, onun nə qədər olduğunu təsəvvür edə bilməzsiniz. Bu, onlarla, yüzlərlə milyard dollardır. Bu, sadəcə olaraq onların təbliğatına inanılmaz təkandır.

Rusiya idmançılarının Olimpiadada iştirakına icazə vermək onlara min təyyarə, min tank, bəlkə də daha çox silah göndərilməsinə bərabərdir”, - Hasek "Suspilne Kultura” telekanalına müsahibəsində bildirib.

Olimpiada 2024-cü il iyulun 26-dan avqustun 11-dək keçiriləcək.

Bundan əvvəl Rusiya Olimpiya Oyunlarına "alternativ” tapdığını bəyan edib.

Dövlət Dumasının sədr müavini və Rusiya Stolüstü Tennis Federasiyasının prezidenti Aleksandr Babakov hesab edir ki, BRİKS Oyunları Rusiya idmançıları üçün yalnız neytral statusda icazə verilən Olimpiadanı əvəz edəcək.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->