Xəbər lenti

İdman Kompleksində ölüm hadisəsi
İdman12:03 05.08.2021

İdman Kompleksində ölüm hadisəsi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün "Aura” İdman və Sağlamlıq Kompleksində bədbəxt hadisə baş verib.
Qaynarinfo-nun Fanat.Az-a istinadən məlumatına görə, nəvəsini kompleksə futbola gətirən yaşlı kişi qəfildən yıxılaraq, dünyasını dəyişib. 
Yaxınlıqda yerləşən 32-ci polis bölməsinin əməkdaşları dərhal hadisə yerinə gəliblər və mərhumun nəşi ailəsinə təhvil verilib. İdman Kompleksindən saytımıza bildirilib ki, həkimlərin ilkin rəyinə görə, 70-75 yaşlarında olan kişi yüksək qan təzyiqi nəticəsində yıxılaraq həyatını itirib.