Hindistanda davam edən 44-cü şahmat olimpiadasında xoşagəlməz hal yaşanıb.
Qaynarinfo xəbər verir ki, Estoniya ilə Yamayka şahmatçılarının qarşılaşması (3.5:1.5) zamanı eston qrossmeyster Milis Kanep gözlənilmədən huşunu itirib. Dərhal yarışın həkimləri ona ilkin tibbi yardım göstərib və yaxınlıqdaki xəstəxanaya çatdırılıb. Hazırda həkim nəzarətində olan Kanepin vəziyətinin stabil olduğu bildirilir.
Onun yamaykalı rəqibi Şou Ceyden isə feyr-pley nümunəsi nümaiş etdirib. Yamaykalı idmançı texniki qələbə əvəzinə Estoniya yığmasının kapitanının ona təklif etdiyi heç-heçə ilə razılaşıb və rəqibinin tezliklə sağalmasını arzulayıb.
Səbuhi Həsənov