Xəbər lenti

İdmançı qar uçqununun altında qaldı - VİDEO
İdman07:05 24.09.2013

İdmançı qar uçqununun altında qaldı - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Fransalı idmançı Culien Lopes Alp dağının İsveçrə yamaclarında ayaq xizəyi ilə sürüşərkən qar uçqununun altında qalıb.
Anspress “Cihan” agentliyinə istinadən xəbər verir ki, hadisə Lopes dağın zirvəsindən sürüşməyə başlayarkən qeydə alınıb.

Belə ki, idmançı sürüşməyə başladığı anda onun arxasından qar uçuqunu da hərəkətə başlayıb. Lopes əvvəl sürətlə sürüşərək uçqunla arasındakı məsafəni qorusa da daha sonra onun müvazinətini itirərək yıxılması işləri korlayıb.

Alpinistlər üçün nəzərdə tutulan hsva yastığından istifadə etməsi Culienin daha dərinə batmasının qarşısını alıb. İdmançı 5 dəqiqə ərzində dostları tərəfindən uçqunun altından sağ-salamat xilas edilib.

Baş verənlər həm vertilyotdan, həm də idmançının üzərinə yerləşdirilən kamera ilə qeydə alınıb.

Qaynar.info