Xəbər lenti

İdmançılarımızdan növbəti qızıl
İdman17:00 30.07.2015

İdmançılarımızdan növbəti qızıl

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan idmançıları “Tbilisi-2015” 13-cü Avropa Gənclər Olimpiya Festivalında daha bir qızıl medal qazanıblar. Növbəti qızıl medalı Azərbaycana cüdoçumuz Hasil Cəfərov (73 kq) qazandırıb. 

Qaynar.info Azərtac-a istinadən xəbər verir ki, idmançımızın şərəfinə Azərbaycanın dövlət himni səsləndirilib və üçrəngli bayrağımız ucaldılıb.

Beləliklə, Azərbaycan ikisi qızıl olmaqla 5 medal qazanıb və bu göstərici ilə reytinq cədvəlində 13-cü yerdədir.

İyulun 31-də yeniyetmə idmançılarımız medallar uğrunda mübarizəni davam etdirəcəklər. Sabah gənclərimiz velosiped, cüdo və üzgüçülük yarışlarında qüvvələrini sınayacaqlar.

Qaynar.info