
Rumıniyanın paytaxtı Buxarestdə keçirilən yeniyetmə taekvondoçuların Avropa birinciliyinə yekun vurulub.
Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, Azərbaycan millisi yarışın son gününü də qızıl medalla başa vurub.
Belə ki, millimizin üzvü Əliəsgər Əliyev (61 kq) yarımfinalda erməni Qagik Geqhamyanı mübarizədən kənarlaşdırıb. O, düşmən ölkə idmançısına 5:4 hesabı ilə qalib gəlib. Finalda isə Martinez Saez Alvaro (İspaniya) həmyerlimiz önündə aciz qalıb - 13:10.