Xəbər lenti

"İdrak" liseyində güllələnən müəllimin son durumu açıqlandı
Ölkə11:22 15.02.2026

"İdrak" liseyində güllələnən müəllimin son durumu açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda "İdrak" liseyində şagird tərəfindən güllələnən müəllim Şəhla Kamilovanın vəziyyəti açıqlanıb.
Oxu.Az-ın sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzdən verilən məlumatda onun müalicəsinin hazırda davam etdirildiyi bildirilib:
"1997-ci il təvəllüdlü şəxsin (qadın cinsli) Kliniki Tibbi Mərkəzin Neyrocərrahiyyə şöbəsində müalicəsi həyata keçirilir. Hazırda pasiyentin vəziyyəti stabil qiymətləndirilir".
Qeyd edək ki, hadisə fevralın 6-da Bakının Binəqədi rayonu ərazisində yerləşən "İdrak" liseyində baş verib. Orada təhsil alan 10-cu sinif şagirdi Ə.Ş. odlu silahdan atəş açaraq riyaziyyat müəllimi Şəhla Kamilovanı güllələyib.