Xəbər lenti

İF prezidenti: “Artıq bu arayışlar ləğv edilməlidir...”
Ekonomiks09:58 01.04.2021

İF prezidenti: “Artıq bu arayışlar ləğv edilməlidir...”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Dövlət qurumları inteqrasiya olunduqca qanunvericilik monitorinq olunmalı və addım-addım bu tip dövlət xidmətləri - arayışlar ləğv edilməlidir. Artıq xeyli sayda arayışlar var ki, bunların ləğv edilməsi üçün yetərincə əsaslar yaranıb”.
Qaynarinfo xəbər verir ki, bunu "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib. Onun sözlərinə görə, uzun illərdi ölkədə elektron hökumət quruculuğu prosesi gedir:
"Xeyli sayda xidmətlər elektronlaşıb. Hətta başqa ölkələrdən fərqli olaraq bizdə iki elektron hökumət portalı eGov və MyGov fəaliyyət göstərir. Lakin dövlət qurumları vətəndaşla bağlı digər bir dövlət qurumunun səlahiyyətində olan hansısa məlumatları əldə etmək üçün ondan arayış tələb edir. Dövlət xidmətləri reyestrindən görsənir ki, ölkəmizdə təxminən 50-dək arayış növü var:
1. Ünvan haqqında arayış,
2. Sağlamlıq haqqında arayış,
3. Prezident təqaüdü barədə arayış,
4. Staj və maaş barədə arayış,
5. "Sürücülüyə yararlı olmaq barədə” arayış (Forma AZS-83),
6. Bakalavrlar və magistirlər üçün ali məktəbdən arayış, 
7. Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və yüklülüyünə dair arayış (Forma 1),
8. Mənzilə hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma),
9. Məhkumluğun olub olmaması barədə arayış, 
10. İtirilmiş sənədlərlə bağlı daxili işlər orqanının arayışı,
11. Narkoloji dispanserdən qeydiyyatda olub-olmadığı barədə arayış, 
12. Ailə tərkibi haqqında yaşayış yerindən arayış,
13. Subaylıq haqqında arayış,
14. Ümumtəhsil məktəbləri şagirdlərinin təhsil aldıqları yer haqqında arayış,
15. Diplom haqqında arayış,
16. Rabitə xidmətlərinə görə borcun olmaması barədə arayış,
17. Kommunal xidmətlər üzrə borcların olmaması haqqında arayış,
18. Şəxsiyyət vəsiqəsi məlumatları üzrə arayış,
19. Yaşayış yeri haqqında arayış (2 №-li forma üzrə arayış),
20. Nəqliyyat vasitələrinin zədələnməsinə dair arayış,
21. Nəqliyyat vasitələrinin mülkiyyətçilərinə avtomobilin axtarışda, yaxud yüklü olub- olmaması barədə arayış,
22. Həqiqi hərbi xidmət keçməsi barədə SHXÇDX tərəfindən verilən arayış,
23. Ölüm haqqında arayış, 
24. Əlillik barədə Tibbi-sosial ekspert komissiyasının arayışı və s...
Osman Gündüz qeyd edib ki, hazırda MyGov-da aktiv olan xeyli sayda arayışlar ki, dövlət qurumları elektron formada olan bu arayışları tanımaqdan imtina edir və kağız formada arayış tələb edir:
"Hansı ki, dövlət qurumu digər dövlət qurumundan bunu real vaxtda, onlayn formada əldə edə bilir. Əgər dövlət qurumları vətəndaşla bağlı hansısa məlumatları, arayışları bir-birindən online formada əldə edə bilirlərsə, onda nəinki onun vətəndaşdan tələb edilməsi, ümumiyyətlə, qanunvericilikdə bu tip arayışların ləğv edilməsi daha doğru olardı. Bunun üçün isə bütün dövlət qurumlarının informasiya sistemlərinin inteqrasiyası başa çatdırılmalıdır. Hazırda eGov sahəsində ən ciddi problemlərdən birisi budur və xeyli müddətdir ki, bu problem öz həllini tapa bilmir. VXSİ Dövlət Agentliyi, Elektron Hökumətin İnkişafı Mərkəzi dövlət resurslarının inteqrasiyası üçün konkret icra planı hazırlamalı və bu prosesi başa çatdrımaq üçün səyləri gücləndirməlidir”.
Osman Gündüz hesab edir ki, rəqəmsallaşma prosesinə paralel olaraq qanunvericilik təkmilləşdirilməli və bürokratik əngəllər yaradan hüquqi məsələlər həll edilməlidir: 
"Artıq rəqəmsallaşan informasiya xarkterli məlumatların vətəndaşdan tələb edilməsinin hüquqi əsasları aradan qaldırılmalıdır”.
Bahar Rüstəmli