Xəbər lenti

İflic olan xalq artistimiz səhhətindən danışdı
Ölkə08:22 10.10.2013

İflic olan xalq artistimiz səhhətindən danışdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Xalq artisti Ramiz Əzizbəyli sağalmaz xəstəliyə düçar olub.

Qaynar.info
axşam.az-a istinadən verdiyi məlumata görə, aylardır yataq xəstəsi olan aktyor “Onlar” verilişinə səhhətindən danışıb:

“Bu yaxınlarda iflic oldum. İmmun sistemim tamamilə dağılıb. Bədənim mübarizə qabiliyyətini itirmişdi. Uzun müddət əziyyət çəkdim, bir ay dözdüm, sonra xəstəxanaya getdim. Bütün insanlara layiq olmayan vəziyyətdəydim.

Bu halda insanlar daha kövrək olurlar. Həmin vaxtlar hamıya, eləcə də ailəmə xoşbəxtlik arzulayırdım. Çünki onların məndən, mənim də ailəmdən başqa heç kimimiz yoxdur.

Yaşlı adamam, amma ölməyə hazırlaşmıram (gülür - red.). Bu formada yaşamağa çalışıram”.