Xəbər lenti

II qrup əlili kimyəvi məhlul içərək zəhərləndi - Tovuzda
Ölkə16:33 15.01.2017

II qrup əlili kimyəvi məhlul içərək zəhərləndi - Tovuzda

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Tovuz rayonunda II qrup əlil kimyəvi məhlul içərək zəhərlənib.

"Report"un Qərb bürosunun məlumatına görə, axşam saatlarında Tovuz rayon sakini, 1988-ci il təvəllüdlü Məmmədov Məhərrəm Sahib oğlu yaşadığı evdə kimyəvi məhlul içərək zəhərlənib.

Yaxınları tərəfindən Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılan M. Məmmədova dərhal həkimlər tərəfindən tibbi yardım göstərilib, mədəsi yuyulub və o, Reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti orta-ağırdır.

Valideynlərinin dediyinə görə, M. Məmmədov II qrup əlilidir və kimyəvi məhlulu bilmədən içib.

Faktla bağlı araşdırma aparılır.

Qaynarinfo.Az